REGİONLAR


“Ağsu Aqropark”a mediatur təşkil edilib VİDEO

Bakı, 15 avqust, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə KİV nümayəndələrinin “Ağsu Aqropark”a tanışlıq səfəri təşkil edilib.

İZİA-dan AZƏRTAC-a bildirilib ki, “Ağsu Aqropark” QSC-nin baş direktoru Atababa İsayev aqroparkın fəaliyyəti, burada görülmüş işlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, əkinçilik və heyvandarlıq sahələri üzrə ixtisaslaşan “Ağsu Aqropark”ın ümumi ərazisi 1843 hektardır. Layihə dəyəri 18 milyon manat olan aqroparkda hazırda 200-dək daimi işçi çalışır. Aqroparkda ümumilikdə 2 min 200 baş iribuynuzlu südlük və ətlik heyvan bəslənilir. İl ərzində müəssisədə 4 milyon litr süd istehsal olunur. Aqroparkın əkin sahələrində qarğıdalı, arpa, buğda, noxud, həmçinin yonca, vələmir kimi yem bitkiləri əkilib, ot örtüyü yaxşılaşdırılıb. 2021-ci ildə aqroparkda 2 min 584 ton arpa, 3 min 143 ton buğda, 4 min 963 ton silos qarğıdalı, 1395 ton dən qarğıdalı, 444 ton yonca, 2 min 838 ton süd və 66 ton ət istehsal edilib.

Cari ilin ötən dövründə aqroparkda 1389 ton süd, 143,7 ton ət, 2583,7 tona arpa, 3142,5 ton buğda istehsal olunub.

Aqroparkda 5 nasosxana və 6 artezian quyusu istifadəyə verilib, 800 hektar sahədə yüksək standartlara cavab verən pivot suvarma sistemləri qurulub. Əkinçilikdə növbəlilik sistemi tətbiq edilir. Toplanılan silosun saxlanılması məqsədilə ərazidə 16 min tonluq beton silos quyuları və 13 min 500 kubmetr taxılsaxlama anbarları tikilib. Aqroparkda saatda 5 ton yem, ildə 10 min ton toxum təmizləmək gücünə malik zavodlar istifadəyə verilib. “Ağsu Aqropark”da istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.