REGİONLAR


“Ağsu Aqropark”da məhsul yığımı

Bakı, 17 iyun, AZƏRTAC

Ağsu rayonunun Çiyni kəndində 1764 hektar ərazidə yaradılan aqroaparkda taxıl yığımına başlanılıb.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə bir qrup KİV nümayəndəsinin iştirakı ilə media-tur təşkil edilib. Məlumat verilib ki, əkinçilik və heyvandarlıq üzrə ixtisaslaşmış aqroparkın 1281 hektarında arpa, buğda, qarğıdalı və yonca əkilib. Aqroparkın 1600 başlıq heyvandarlıq kompleksində 1264 baş südlük və ətlik cins iribuynuzlu heyvan saxlanılır. Kompleksin illik istehsal gücü 4200 ton süd, 900 ton ət təşkil edir. İndiyədək aqroparka 18 milyon manat investisiya qoyulub. İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi əsasında sahibkar texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 1,42 milyon manat vəsaitə qənaət edib. 2021-ci ildə aqroparkda 2584 ton arpa, 3143 ton buğda, 4963 ton silos qarğıdalı, 1395 ton dən qarğıdalı, 444 ton yonca, 2838 ton süd və 66 ton ət istehsal edilib. Aqroparkda 200 daimi, 250 mövsümi iş yeri yaradılıb. “Ağsu Aqropark”da ümumi tutumu 13 min 500 kubmetr olan 9 taxıl anbarı, ümumi tutumu 1000 kubmetr olan 10 silos anbarı mövcuddur. Bundan başqa, aqroparkda müasir standartlara uyğun günlük istehsal gücü 120 ton olan toxum, 150 ton olan yem zavodları fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.