ELM VƏ TƏHSİL


Ağsu Təcrübə-Dayaq Məntəqəsinin üzüm bağından 10 tona yaxın məhsul əldə edilib

Bakı, 11 sentyabr, AZƏRTAC

AMEA Zoologiya İnstitutunun Ağsu Təcrübə-Dayaq Məntəqəsinin üzüm bağından əldə edilən məhsulun AMEA-nın elmi bölmələri arasında paylanması prosesi davam edir.

Zoologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, bağdan toplanmış 1,5 ton üzüm məhsulu İctimai Elmlər Bölməsinə təhvil verilib.

Xatırladaq ki, Ağsu Təcrübə-Dayaq Məntəqəsində elmi-tədqiqat məqsədilə salınmış 1 hektar üzüm bağında mütəxəssislər tərəfindən bitkinin məhsuldarlığının azalmasına təsir edən zərərvericilər və onlara qarşı inteqrir mübarizə üzrə geniş araşdırma aparılıb.

Tədqiqat işlərinin nəticəsi olaraq bu il üzüm bağından 10 tona yaxın məhsul əldə edilib.

Əldə olunan ilk 1,5 ton məhsul AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə, 800 kiloqram üzüm məhsulu Biologiya və Tibb Elmləri Bölməsinə, 1,5 ton məhsul isə Yer Elmləri Bölməsinə təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.