REGİONLAR
Ağsu çayına gələn güclü sel bir sıra fəsadlar törədib VİDEO
Ağsu, 31 mart, Adil Ağayev, AZƏRTAC
Son günlərdə havaların yağmurlu keçməsi, Ağsu rayonunun şimal dağlıq ərazilərinə yağan intensiv yağışlar nəticəsində Ağsu çayına sel gəlib.
AZƏRTAC xəbər verir ki, sakinlərin sözlərinə görə, son iki ildə çayda bu cür güclü sel müşahidə olunmayıb.
Rayon fövqəladə hallar komissiyasından sel sularının yaratdığı və ya yarada biləcəyi fəsadlarla əlaqədar AZƏRTAC-ın müxbirinin sorğusunu cavablandıraraq bildiriblər ki, Ağsu çayına gələn güclü sel suları bir sıra fəsadlara səbəb olub. Belə ki, çayın şəhər ərazisinə daxil olan hissəsinin sağ sahilində 100 metrədək mühafizə bəndi uçub. Habelə su ayırmaq üçün qurulan bir sıra bəndlər dağılıb. Hazırda fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.