REGİONLAR
Ağsu çayında güclü sel ciddi fəsadlar törədib
Ağsu, 19 oktyabr, AZƏRTAC
Son günlər yağan güclü yağışlar nəticəsində Ağsu çayında suyun səviyyəsi qalxıb və yaranan güclü sel ciddi fəsadlar törədib.
Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-a bildiriblər ki, sel suları şəhər ərazisindəki qaldırıcı fiksatoru, Maşadqanlı və Ağalarbəyli kəndlərinin ərazisində 2010-cu ildə tikilən sahil-mühafizə bəndini uçurub. Bəndin ərazisinə ciddi ziyan dəyib.
Sel suları dağlıq zonada yerləşən Kalva kəndi ərazisində çayın məcrasını şərq tərəfə doğru genişləndirib. Bu isə Kalva kəndini rayon mərkəzi ilə birləşdirən yolun üzərindəki körpü ilə əlaqənin kəsilməsi təhlükəsini yaradıb.
Hazırda sel sularının yaratdığı fəsadların aradan qaldırılması üçün tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]