REGİONLAR


Ağsu dolaylarının sürüşməyə meyilli ərazilərində təmir işləri aparılır

Ağsu, 1 oktyabr, AZƏRTAC

Bakı-Şamaxı-Yevlax magistral yolunun Ağsu dolaylarından keçən hissəsində sürüşmə və çökməyə meyilli ərazilər təmir edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 14 kilometr olan Ağsu dolaylarında sürüşmə və çökməyə meyilli 17 ərazi var. Yolun intensiv yağışlarda daha təhlükəli hesab olunan və tez-tez bağlanan 147-ci kilometrindəki sürüşmə ərazisi artıq bərkidilərək asfalt vurulub. Hazırda sürüşmə və çökmənin nisbətən aktiv olduğu 149-cu və 155-ci kilometrlərində təmir işləri aparılır.

Qeyd edək ki, bir müddət əvvəl yolun 149-cu və 155-ci kilometrində çökmə baş vermişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.