REGİONLAR


Ağsu: heyvandarlıq məhsullarının istehsalında artım qeydə alınıb

Ağsu, 14 noyabr, AZƏRTAC

Ağsu rayonunda aqrar sektorun aparıcı sahələrindən olan heyvandarlıqda dinamik inkişaf davam edir və təsadüfi deyildir ki, cari ilin on ayında bütün göstəricilər üzrə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2019-cu ilin on ayında bölgədə diri çəkidə ət istehsalı 45 ton artıb və 4450 tona çatıb. Süd istehsalında isə artım 101 ton artıb və 25 min 350 ton olub. On ayda, habelə 10 milyon 247 min ədəd yumurta, 310 ton yun istehsal edilib. Artım keçən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 2 min 348 ədəd və 2 ton təşkil edib.

Rayonun əksər ərazilərində, xüsusilə Kəndoba, Gəgəli, Qaraqoyunlu, Ərəbmehdibəy, Ərəbsarvan və bir sıra digər ərazi vahidlərində fermerlər və fiziki şəxslər heyvandarlıq məhsulları istehsalında daha yüksək nəticələr əldə ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.