REGİONLAR
Ağsu məktəblisi: Gələcək nəsillər erməni millətçilərinin terrorizm siyasətindən xəbərdar olmalıdır
Quba, 20 noyabr, Elxan Yusifli, AZƏRTAC
Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıq yaddaşımda dərin iz buraxdı. Bu məzarlıq ermənilərin tarixboyu bizə olan münasibətinin bariz nümunəsidir. Ötən əsrin əvvəllərində bütün Azərbaycan ərazisində soydaşlarımıza qarşı soyqırımları törədilib. Biz gənc nəsil bunu heç vaxt unutmamalıyıq. Gələcək nəsillər erməni millətçilərinin terrorizm siyasətindən xəbərdar olmalıdır.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyanın iştirakçısı Gülay Bağırova söyləyib.
Ağsu şəhər Aslan Nadirov adına 1 saylı məktəb-liseyin IX sinif şagirdi ilk dəfədir bu bölgədə olduğunu bildirib: “Qubanın nə qədər qədim bir şəhər olduğunu gözlərimizlə gördük. Şimal bölgəsi ölkəmizin ən gözəl turizm zonasıdır və bura həm yayda, həm də qışda çox qonaqlar gəlir. Qusarda “Şahdağ” Turizm Mərkəzində də olduq. Müasir turizm infrastrukturu yaradılıb, hər şey gözəl idi. Quba və Qusarın təbiəti payız-qış aylarında da füsunkardır”.