REGİONLAR


Ağsu pambıqçıları məhsulun tez və itkisiz yığılması üçün ciddi səy göstərirlər

Ağsu, 20 sentyabr, AZƏRTAC 

Ağsu rayonunda cari təsərrüfat ilində 1000 hektarda pambıq yetişdirilib və hazırda torpaq mülkiyyətçiləri ağır zəhmət bahasına yetişdirdikləri məhsulun tez və itkisiz yığılması üçün bütün qüvvələrini səfərbər ediblər.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məhsul yığımına ciddi hazırlıqla başlanılıb. Hər gün sahələrdə 250 nəfərədək işçi qüvvəsi çalışır. Hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq az vaxtda 97 tondan çox “ağ qızıl” yığılıb.

Qeyd edək ki, bu ilki mövsümdə rayonun 13 inzibati ərazi dairəsində pambıq yetişdirilib. Daha çox əkin aparılan Çaparlı, Bozavand, Ərəbmehdibəy və bir sıra digər inzibati ərazi dairələrində tarlalardan yüksək məhsul gözlənilir. Sahələrin 20 faizinin məhsulunun pambıqyığan maşınlarla toplanması nəzərdə tutulub. Bu məqsədlə hazırlıq işləri aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.