CƏMİYYƏT
Ağsu rayon sakinində narkotik vasitə aşkarlanıb VİDEO
Bakı, 29 iyul, AZƏRTAC
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları “patı” adlandırılan psixotrop maddənin - metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı üzərində metamfetamin daşımaqda şübhəli bilinən Ağsu şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Raman Ziyadxanlı saxlanılıb. Axtarış zamanı həmin şəxsdən metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.