REGİONLAR


Ağsu rayonunda 15 kilometrlik avtomobil yolu yenidən qurulur VİDEO

Bakı, 10 oktyabr, AZƏRTAC 

Ağsu rayonunun Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulur.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Muğanlı-İsmayıllı avtomobil yolunun 7-ci kilometrindən ayrılan Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolunun uzunluğu 15 kilometrdir.

Yenidənqurma işləri çərçivəsində 21500 kubmetr həcmdə torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılır, zəruri olan yerlərdə 1 metr diametrində dəmir-beton suötürücü boruların quraşdırılması və izolyasiyası işləri görülür.

Torpaq yatağı hazır olan hissələrdə əsasın alt və üst layı inşa edilir. Daha sonra texnoloji ardıcıllığa uyğun olaraq 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq. Asfaltlanma işləri ümumilikdə 90 min kvadratmetr sahəni əhatə edəcək.

Layihənin sonuncu mərhələsində yolboyu 10 avtobus dayanacağı tikiləcək, hərəkətin normal təşkili üçün 45 yol nişanı, 15 kilometr göstəricisi, 680 siqnal dirəyi quraşdırılacaq, 45 kilometr uzunluğunda üfüqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.

Ağsu rayonunun Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolu 2 min əhalinin yaşadığı 5 yaşayış məntəqəsini əhatə edir və vətəndaşların Muğanlı-İsmayıllı avtomobil yoluna çıxışı təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdıracaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.