CƏMİYYƏT


Ağsu rayonunda 400 yulğun kolunun məhv edilməsi faktı aşkarlanıb

Bakı, 19 noyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Ağsu rayonunun Gəgəli kəndində qışlaq otlaq sahələrinin şumlanması ilə bağlı daxil olan məlumatı nazirliyin əməkdaşları yerində araşdırıblar.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı Gəgəli bələdiyyəsinə məxsus örüş torpaq sahəsində rayon sakini Habil Mütəllimovun icazəsiz şumlama işləri apardığı və yaşköküstə 400 yulğun kolunu məhv etdiyi müəyyənləşib.

Faktla bağlı təqsirkar barəsində akt tərtib edilib və təbiətə 32 min manat məbləğində ziyan dəydiyi hesablanıb.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymətin verilməsi və təqsirkar barəsində qanunauyğun tədbirlərin görülməsi üçün Ağsu Rayon Prokurorluğuna göndərilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.