REGİONLAR


Ağsu rayonunda yanğın baş verib

Ağsu, 5 avqust, AZƏRTAC

Ağsu rayonundakı Gəgəli kəndinin şimal-qərbində, “El yeri” adlanan dağlıq ərazinin yaxınlığında yanğın baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün saat 22:30 radələrində kol-kosluq ərazidə başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu, Şamaxı və İsmayıllı yanğından mühafizə hissələrindən 5 yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb olunub. Hazırda yolsuzluq və çətin relyef şəraitində getdikcə yayılan yanğının söndürülməsi üçün gərgin mübarizə aparılır. Əsas diqqət yanğının dağlardakı meşəlik ərazilərə keçmədən söndürülməsinə yönəlib.

Qeyd edək ki, yanğınla mübarizəyə mülki vətəndaşlar da dəstək verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.