CƏMİYYƏT


Ağsu rayonunda zəlzələ olub YENİLƏNİB

Bakı, 3 avqust, AZƏRTAC

Avqustun 3-də Pirqulu stansiyasından 8 kilometr qərbdə - Ağsu rayonunun ərazisində maqnitudası 3.5 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 08:40-da qeydə alınıb.

Ocağı 13 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə və yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.