REGİONLAR
Ağsu şəhərinin küçələrinə asfalt döşənir
Ağsu, 10 oktyabr, AZƏRTAC
Ağsu şəhərinin küçə və dalanlarına yeni asfalt örtük çəkilir.
AZƏRTAC rayon icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinə istinadla xəbər verir ki, asfaltlaşdırma işlərinə cari ilin ikinci rübündən başlanılıb. Artıq şəhərin 6 ən uzun küçəsinə və 2 dalana asfalt döşənib. Hazırda bu işlər N.Tağızadə, Koroğlu, A.Osmanov və M.Ə.Rəsulzadə küçələrində aparılır.
Ümumiyyətlə, bu müddətdə küçə və dalanlara 28 min 100 kvadratmetr asfalt vurulub. İlin sonuna kimi daha 5900 kvadratmetrə asfalt salınacaq.
Rayon mərkəzində küçə və dalanlara tamamilə asfalt döşənməsinin gələn ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulub.
İşlər “ATF” MMC tərəfindən görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]