REGİONLAR


Ağsu taxılçıları indiyədək 23,4 min hektarda payızlıq əkin aparıblar

Ağsu, 28 noyabr, AZƏRTAC 

Ağsu rayonunda payızlıq taxıl səpini kampaniyası davam edir və artıq 23 min 400 hektar sahədə əkin aparılıb. Əkilən sahələrinin 11 min 460 hektarı arpa, qalanı isə buğdadır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu mühüm kampaniya üçün hər gün sahələrə 50-dək səpin aqreqatı çıxarılır. Rayonun əksər ərazilərində, o cümlədən daha çox taxıl əkilən Qaraqoyunlu, Gəgəli, Kəndoba, Rəhimli, Bozavand və bir çox digər ərazi vahidlərində fermerlər və fiziki şəxslər səpinin tezliklə başa çatdırılması üçün ciddi səy göstərirlər.

Qeyd edək ki, taxılçılıq rayonda kənd təsərrüfatının aparıcı sahələrindəndir. Taxılçılar bu mühüm strateji məhsulun artırılmasında çox maraqlıdırlar. Ötən payızda 33 min 322,4 hektarda səpin aparan taxılçılar cari mövsümdə əkin sahələrini 35 min hektara çatdırmaq niyyətindədirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.