REGİONLAR
Ağsuda 115 min 800 tondan çox taxıl istehsal olunub
Ağsu, 18 iyul, AZƏRTAC
Ağsu rayonunun taxılçıları cari ilin məhsul yığımı kampaniyasını başa çatdırıblar, zəmilərdən 115 min 805 ton “sarı kəhrəba” götürülüb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, cari mövsümdə Ağsuda 34 min 761,4 hektar sahədə taxıl yetişdirilmişdi. İstehsal olunan məhsul ötən ildəki göstəricidən 2 min ton çoxdur. Hər hektardan orta məhsuldarlıq da artıb və 33,3 sentner olub. Rayonun, xüsusilə daha çox taxıl əkilən Gəgəli, Kəndoba, Qaraqoyunlu, Ərəbmehdibəy, Ərəbsarvan və bir sıra digər icra nümayəndəliklərində daha yüksək məhsuldarlığa nail olunub.
Hazırda hər yerdə yay şumunun çıxarılması üçün hazırlıq işləri görülür.