REGİONLAR


Ağsuda 12 min tondan çox meyvə istehsal olunub

Ağsu, 10 dekabr, AZƏRTAC

Ağsu rayonunda cari ildə 12 min 105 ton meyvə istehsal olunub. Bu, ötənilki məhsuldan 684,4 ton çoxdur.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Ağsuda 3282 hektar meyvə bağı vardır. Təkcə bu il 126 hektarda yeni bağlar salınıb.

Qeyd edək ki, zəngin təbiəti olan, dağlıq, dağətəyi və aran zonalarından ibarət Ağsuda 20-dək meyvə növü yetişdirilir. Təkcə bu il bağbanlar 9 min 176 ton nar, 25 ton gavalı, 53 ton qoz, 36 ton fındıq, xeyli alma, armud, gavalı, şaftalı, alça, xurma və sair meyvələr tədarük ediblər. Yığılan məhsul rayon, eləcə də respublika bazarlarına çıxarılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.