REGİONLAR


Ağsuda 1460 tona yaxın kartof istehsal olunub

Ağsu, 12 oktyabr, AZƏRTAC

Ağsu rayonunda kartof yığımı başa çatıb. Torpaq mülkiyyətçiləri sahələrdən 1458 ton məhsul götürüblər. Bu göstərici ötən ildəkindən 88 ton çoxdur.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ilboyu bazarlarda böyük tələbat olan təsərrüfatın bu sahəsinə maraq ildən-ilə artır. Təsadüfi deyil ki, cari mövsümdə əkin sahələri 14 hektar artaraq 179 hektara çatıb.

Qeyd edək ki, son illər rayonun dağətəyi ərazilərində, o cümlədən 25 hektardan 228 ton kartof götürülən Qaraqoyunlu, 15 hektardan 125 ton məhsul əldə olunan Gəgəli, dağlıq ərazilər olan Kalva, Dilman, Nuran, Gürcüvan və bir sıra digər yaşayış məntəqələrində sakinlər kartof əkini sahələrini ildən-ilə artırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.