REGİONLAR


Ağsuda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib VİDEO

Ağsu, 20 yanvar, AZƏRTAC

30 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xəbərdarlıq etmədən Bakıya silahlı basqını, dinc, əliyalın insanların gülləbaran edilməsi, hətta qadağan olunan silah və sursatlardan istifadə olunması Azərbaycan xalqının azadlıq istəyinə, azadlıq arzularına qarşı yönələn qəsd idi. Vəhşicəsinə törədilən bu qəsd tariximizin qanla yazılan səhifələrindəndir. Həmin vaxt 147 nəfər mülki şəxs amansızlıqla öldürülüb, 744 nəfər dinc, günahsız insan yaralanıb, 841 nəfər qanunsuz həbs edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu dəhşətli faciənin acı xatirəsi yanvarın 20-də səhər saatlarında Ağsu şəhərindəki Qəhrəmanlar parkında minlərlə sakinin iştirak etdiyi anım mərasimində bir daha yad olunub.

Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin Ağsu rayonu üzrə səlahiyyətli nümayəndəsi şəhidlərin ruhuna dua oxuyub.

Mədəniyyət işçilərinin ifasında qanlı faciəyə, Azərbaycana, Milli Ordumuza həsr edilən şeirlər səsləndirilib.

Sonra şəhidlərin xatirə kompleksində əbədi məşəlin önünə rayon icra hakimiyyəti adından əklil qoyulub, insanlar xatirə kompleksinə qərənfillər düzüblər.

Daha sonra ağsulular şəhərdəki şəhid məzarlığına gələrək, qəbirlərin üzərinə çiçəklər qoyub, Azərbaycanın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.