REGİONLAR


Ağsuda 2500 hektardan çox sahədə yazlıq bitkilər əkiləcək

Ağsu, 19 mart, AZƏRTAC

Ağsu rayonunun istər dağlıq, istərsə də dağətəyi və düzən ərazilərində yazlıq bitkilərin əkininə start verilib.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, qısa vaxtda 500 hektardan çox sahədə əkin aparılıb. Belə ki, 130 hektarda kartof, 180 hektarda tərəvəz, 140 hektarda bostan bitkiləri, 20 hektarda noxud və digər dənlilər əkilib. Əksər ərazilərdə, xüsusilə Ərəbuşağı, Kəndoba, Gəgəli, Çaparlı, Qaraqoyunlu və bir sıra digər ərazi dairələrində yazlıq əkin kampaniyası daha mütəşəkkil aparılır.

Qeyd edək ki, cari mövsümdə rayonda 2500 hektardan çox sahədə yazlıq bitkilərin əkini proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.