Ağsuda 26 min 100 hektardan çox sahədə taxıl əkilib - səpin davam edir
AzerTAg.az

Ağsu, 30 noyabr, AZƏRTAC
Ağsu rayonunda taxıl səpini davam edir və hələlik 26 min 120 hektarda əkin aparılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə Ağsuda 34 min hektarda taxıl əkini gözlənilir. Son günlər hava şəraitinin törətdiyi çətinliklər taxılçıları narahat etsə də, onlar bütün qüvvələrini səfərbər ediblər. Əkinə 50–dən çox səpin aqreqatı cəlb olunub. Bir çox ərazilərdə, o cümlədən Kəndoba, Cəlayir, Sarvan, Gəgəli icra nümayəndəliklərində artıq səpin yekunlaşmaq üzrədir.
Qeyd edək ki, ilkin əkin aparılan sahələrin 10 min hektarında çıxış alınıb. Hazırda sahələrin suvarılması da diqqət mərkəzindədir. Artıq 16 min hektar sahədə suvarma aparılıb və bu iş davam etdirilir.
Xəbərin mətnində orfoqrafik səhv var