REGİONLAR
Ağsuda 5 ton 492 kiloqram barama təhvil verilib
Ağsu, 21 iyun, AZƏRTAC
Ağsu rayonunda barama tədarükü başa çatıb və kümçülər cari mövsümdə 5 ton 492 kiloqram məhsul istehsal ediblər.
Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, bu il bölgədə 54 ailə tərəfindən 140 qutu (2260 qram) inkubasiya olunan ipəkqurdu toxumu bəslənilib. Rayonun əksər təsərrüfatlarında, xüsusilə Qaraqoyunlu, Növcü, Muradlı, Ərəbsarvan və bir sıra digər yaşayış məntəqələrində kümçülər daha yüksək nəticələr əldə ediblər. İstehsal olunan məhsul “Şəki-İpək” ASC tərəfindən qəbul olunub.
Bir çox kümçülər bəslədikləri ipəkqurdudan bol məhsul götürüblər. Belə ki, Ərəbsarvandan Şamxal Əsədullayevin ailəsi 63 qram toxumdan 185,6 kiloqram barama əldə edib.