REGİONLAR


Ağsuda IX siniflər üzrə buraxılış imtahanlarının birinci mərhələsi keçirilib

Ağsu, 10 mart, AZƏRTAC

Martın 10-da respublikamızın 27 şəhər və rayonunda, o cümlədən Ağsuda IX siniflər üzrə buraxılış imtahanlarının birinci mərhələsi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağsuda imtahanlar Aslan Nadirov adına şəhər 1 nömrəli məktəb-liseydə və şəhər 3 nömrəli tam orta məktəbində aparılıb. İmtahanlarda 721 nəfər doqquzuncu sinif şagirdi iştirak edib. 14 nəfər müxtəlif səbəblərdən imtahanlara gəlməyib.

Saat 11:00-da başlanan imtahan 3 saat davam edib. Şagirdlərə bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilib. İmtahanlarda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarığı da yoxlanılıb.

Ağsuda imtahanların idarə olunması 2 nəfər imtahan rəhbəri, 5 nəfər ümumi rəhbər və 54 nəfər nəzarətçi-müəllim, 4 nəfər buraxılışı təşkil edən əməkdaş, 2 nəfər bina nümayəndəsi tərəfindən aparılıb. Hər iki təhsil müəssisəsində imtahanların yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Məktəblər mühafizə xidməti, həkim və tibb işçiləri, yanğından mühafizə maşını ilə təmin olunub.

Yaradılan şəraitlə əlaqədar imtahandan yenicə çıxan Növcü kənd tam orta məktəbin IX sinif şagirdi Fəqan Buludov AZƏRTAC-ın müxbirinə imtahanla bağlı məlumat verib: “Ayrılan vaxt və sakitlik bizə tam sakit düşünməyə, sualları cavablandırmağa imkan verdi. İmtahanda ümumilikdə 45 tapşırığı cavablandırmalı idik. Demək olar ki, hamısına cavab verdim. Əminəm ki, cavablarım düzdür”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.