REGİONLAR


Ağsuda İmadəddin Nəsiminin 650 illiyi qeyd olunub

Ağsu, 7 sentyabr, AZƏRTAC 

Ağsu rayonunun ən ucqar və iri yaşayış məntəqələrindən olan Kalva kəndində Azərbaycanın dünya şöhrətli mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr edilən tədbir keçirilib.

Rayon mədəniyyət mərkəzi və mərkəzləşdirilmiş kitabxana sisteminin birgə təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində təşkil olunan tədbirdə kənd sakinləri, ziyalılar, nəsimisevərlər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxışlarda Azərbaycan xalqının çoxəsrlik ənənələrinə malik bədii və fəlsəfi fikrində dərin iz qoyan, Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində layiqli yer tutan dahi şairin həyat və yaradıcılığından, ümumbəşəri fikirlərindən söz açılıb. Habelə insanpərvərlik və azadlıq nəğməkarı İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin 2019-cu il 11 yanvar tarixli Sərəncamı ilə bu ilin “Nəsimi ili” elan edildiyi diqqətə çatdırılıb, bununla əlaqədar keçirilən tədbirlərdən danışılıb.

Tədbirdə dahi şairin şeirlərinə bəstələnən mahnılar oxunub, qəzəllər səsləndirilib. İştirakçılar İmadəddin Nəsiminin əsərlərindən ibarət kitab sərgisi ilə də tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.