REGİONLAR


Ağsuda Milli Qəhrəman Şamil Ramazanovun xatirəsi anılıb

Ağsu, 15 mart, AZƏRTAC

Ağsuda Milli Qəhrəman Şamil Ramazanovun xatirəsi anılıb. Martın 15-də Rəhimli kəndində keçirilən anım mərasimində rayon icra hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin nümayəndələri, şəhidin valideynləri və yaxınları, kənd sakinləri, gənclər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə kənd qəbiristanlığına gələrək Milli Qəhrəmanın məzarını ziyarət edib, üzərinə çiçəklər düzüblər.

Kənd klubunda təşkil edilən mərasimdə çıxış edənlər Milli Qəhrəmanın qısa, lakin şərəfli həyat yolundan danışıblar. Qeyd olunub ki, 1976-cı il yanvarın 19-da Ağsu rayonunun Rəhimli kəndində dünyaya göz açan Azərbaycanın Milli Qəhrəmanı Şamil Ramazanov 1994-cü il martın 19-da Milli Ordu sıralarına çağırılıb. Bir neçə ay hərbi təlim keçdikdən sonra hərbi hissəyə göndərilib. Çevikliyi, bacarığı ona əsgər və zabitlər arasında böyük hörmət qazandırıb. Tezliklə peşəkar bir döyüşçü kimi yetişib.

1995-ci il 13-17 mart hadisələri zamanı vətən borcunu yerinə yetirən gənc döyüşçü ağır yaralanıb və aldığı yaradan gözlərini əbədi yumub. Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 aprel tarixli Fərmanı ilə ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Milli Qəhrəmanın anası Səmayə Ramazanova mərasimdə çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.