REGİONLAR
Ağsuda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 10 fərdi ev tikilir
Ağsu, 12 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Ağsu rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 10 fərdi ev inşa olunur.
AZƏRTAC xəbər verir ki, evlərdən 6-sı Ağsu şəhərində, qalan 4-ü isə hər yaşayış məntəqəsində biri olmaqla Curuğlu, Ərəbmehdibəy, Göydəlləkli və Qaraqaşlı kəndlərində tikilir. Bu evlərdən biri istisna olmaqla 9-u üç otaqlıdır. Göydəlləkli kəndində inşa edilən ev isə ikiotaqlıdır. Tikinti işlərində yerli inşaatçılar çalışırlar. Artıq əksər evlərdə daş-hörgü işləri başa çatdırılıb. Evlərin ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.