REGİONLAR


Ağsuda Vətən müharibəsi şəhidinin xatirəsi ehtiramla anılıb

Ağsu, 10 avqust, AZƏRTAC

Ağsuda torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə xalqımıza Qələbə sevinci bəxş edən və bu yolda canından keçən qəhrəman Vətən oğullarından biri də şəhid İlkin Zülfüqarovun doğum günündə xatirəsi uyuduğu Şəhidlər xiyabanında ehtiramla anılıb. Mərasimdə rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və qazilər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə şəhidin məzarı üstünə çiçəklər düzüb, ruhuna dualar oxuyublar. Çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov şəhid İlkin Zülfüqarovun qisa və şərəfli həyat yolundan, göstərdiyi qəhrəmanlıqlardan söz açıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən danışıb.

Mərasimdə çıxış edən İlkin Zülfüqarovun ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Şəhid İlkin Nurəddin oğlu Zülfüqarov 1989-cu ilin avqustunda Ağsu rayonunun Gursulu kəndində anadan olub. 2020-ci il sentyabrında Xüsusi Təyinatlı Qüvvələrin tərkibində gizir kimi döyüşlərə qatılıb, qəhrəmanlıqla vuruşub. Cəbrayıl rayonu ərazisində gedən döyüşlərdə şəhid olub. 2020-ci il sentyabrın 20-də Ağsu şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.