REGİONLAR


Ağsuda ali məktəblərə qəbul olunan 14 məzun 500 baldan yuxarı nəticə göstərib

Ağsu, 26 sentyabr, AZƏRTAC

Ağsu rayonunda 500-dən yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan abituriyentlərlə görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, YAP rayon təşkilatının inzibati binasında təşkil olunan görüşdə Ağsuda bu il XI sinfi 450 şagirdin bitirdiyi, onlardan 252 nəfərin ali məktəblərə qəbul üçün elektron ərizə ilə müraciət etdiyi bildirilib. Qeyd edilib ki, ali məktəblərə qəbul olunan 14 məzun 500 baldan yuxarı nəticə göstərib. Gəgəli tam orta məktəbin məzunu Amil Eminov isə 610 bal toplayaraq rayonda ən yüksək nəticə əldə edib və Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsinə qəbul olunub.

Görüşdə 500-dən yuxarı bal toplayan 14 nəfərə və respublika olimpiadasının 2 qalibinə, habelə fərqlənən müəllimələrə fəxri fərman və hədiyyə təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.