REGİONLAR
Ağsuda bağlardan 6800 tona yaxın meyvə yığılıb
Ağsu, 14 noyabr, AZƏRTAC
Ağsu rayonunda bağlardan 6792 ton meyvə yığılıb və bir sıra ərazilərdə xurma, heyva, nar, əzgil yığımı davam edir.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda bar verən 3286 hektar meyvə bağı var. Yetişmə vaxtına uyğun olaraq ərik, gavalı, alça, gilas, habelə şimal dağlıq ərazilərdə yetişdirilən qoz, fındıq yığımı başa çatıb.
Cari ildə rayonda ilk dəfə olaraq 36 ton badam tədarük olunub. Qeyd edək ki, son vaxtlar badam bağlarının salınmasına maraq artıb. Bu bağların sahəsi 60 hektara çatıb ki, bunun 16 hektarı bar verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]