REGİONLAR


Ağsuda baramaçılığın inkişafı ilə əlaqədar xüsusi komissiya yaradılıb

Ağsu, 18 avqust, AZƏRTAC

Ağsu rayonunda vaxtilə aqrar sektorun ənənəvi sahələrindən olan baramaçılığın inkişafı ilə əlaqədar xüsusi komissiya yaradılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin sədrliyi ilə avqustun 4-də Qaxda keçirilən müşavirənin yekunları, müşavirədə ölkə başçısının nitqində tütünçülüyün, fındıqçılığın, o cümlədən baramaçılığın inkişafı ilə əlaqədar qarşıya qoyduğu konkret vəzifələr Ağsuda da bu sahədə işlərə güclü təkan verib. Qax müşavirəsinin yekunları ilə bağlı rayonda keçirilən yığıncaqda baramaçılığın inkişafı sahəsində mövcud potensialın araşdırılması, xüsusilə zəruri olan möhkəm yem bazasının yaradılması, peşəkar kümçülərin dəqiqləşdirilməsi və baramaqurdu bəsləniləcək tikililərdə vəziyyətin araşdırılması məqsədilə xüsusi komissiya yaradılıb. Komissiya üzvləri Çindən gətirilən və bölgü ilə rayona verilərək əkilən 30 min ting bağlarında vəziyyəti öyrənib. Onların rəyi ilə bağlar təkrar suvarılıb. Növbəti ildə daha 30 min tingin əkini üçün sahələr dəqiqləşdirilib. Rayonda gələn il 160-170 nəfərin baramaçılıqla məşğul olacağı müəyyənləşdirilib və hazırda həmin ailələrdə mövcud şərait öyrənilir.

Komissiyanın rəyinə görə, 2018-ci ildə rayonda 11 ton barama tədarükü üçün lazımi imkanlar mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.