REGİONLAR


Ağsuda baytarlıq tədbirləri nəticəsində epizodik sabitlik təmin olunub

Ağsu, 26 noyabr, AZƏRTAC

Ağsu rayonunda hazırda iribuynuzlu mal-qara arasında dabaq və bruselyoz, xırdabuynuzlu heyvanlarda isə bruselyoz xəstəliklərinə qarşı peyvənd işləri aparılır.

Rayon baytarlıq idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, heyvandarlıq burada kənd təsərrüfatının aparıcı sahələrindəndir. Hazırda bölgədə 35 min baş iribuynuzlu mal-qara, 115 min baş qoyun-keçi, 500 baş təkdırnaqlı, 400 min baş quş bəslənilir. İlin ötən müddətində planauyğun şəkildə aparılan baytarlıq tədbirləri nəticəsində epizodik sabitlik təmin olunub. Hazırda profilaktik tədbirlər davam etdirilir. Artıq noyabrın ötən günlərində 12 min 150 baş iribuynuzlu mal-qarada dabaq xəstəliyinə qarşı peyvəndləmə işləri aparılıb. Habelə, 50 faizindən çox qoyun-keçidə göz damcısı üsulu ilə bruselyoz xəstəliyinə qarşı tədbirlər götürülüb və bu sahələrdə işlər davam etdirilir. Nəzərdə tutulan plana müvafiq olaraq dekabrın sonunadək bütün işlər başa çatdırılacaq.

Məlumatda qeyd olunub ki, fəaliyyətdə olan 15 sahə baytarlıq məntəqəsinin hər biri soyuq zəncir sisteminə daxil olan avadanlıqlarla təmin edilib və tam işlək vəziyyətdə olmaqla təlimatauyğun istifadə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.