CƏMİYYƏT


Ağsuda bələdiyyəyə məxsus ərazidə yanğın baş verib

Bakı, 3 sentyabr, AZƏRTAC 

Ağsu rayonunun Dilman kəndində bələdiyyəyə məxsus ərazidə 80 hektar sahədə quru ot və kol-kos yanıb.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yanğının söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları, Ağsu Rayon İcra Hakimiyyətinin müvafiq texnikası və yerli sakinlər cəlb olunub. Yaxınlıqdakı meşə zolağı və tikililər yanğından mühafizə edilib. Yanğın söndürülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.