REGİONLAR
Ağsuda ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
Ağsu, 22 noyabr, AZƏRTAC
Noyabrın 22-də Ağsuda ədliyyə işçiləri peşə bayramı gününü qeyd ediblər. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Ağsu şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə çiçəklər düzüb, xatirəsini ehtiramla anıblar.
İcra başçısı Rövşən Bağırov ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, Azərbaycanda dövlət müstəqilliyi bərpa olunduqdan və ulu öndər Heydər Əliyev ölkəyə rəhbərliyə gəldikdən sonra bütün sahələrdə, o cümlədən ədliyyə orqanlarında işin müasir tələblər səviyyəsinə qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Ağsu Rayon Məhkəməsinin hakimi Anar Əsgərov ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha da qüdrətlənməsindən, həmçinin ədliyyə sisteminin təkmilləşdirilməsi sahəsində genişmiqyaslı islahatların aparılması, insan hüquqlarının etibarlı təminatı və ədliyyə infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib.