REGİONLAR
Ağsuda ev yanıb
Ağsu, 22 fevral, AZƏRTAC
Fevralın 22-də Ağsu şəhərinin S.Vurğun küçəsində Zərqələm Abdurrəhimovaya məxsus evdə yanğın olub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın günorta vaxtı, saat 14 radələrində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağsu Yanğından Mühafizə Hissəsinin 14 nəfər şəxsi heyəti və 3 yanğınsöndürən maşın gəlib. Yanğınsöndürənlərin səyi nəticəsində saat 15 radələrinədək yanğın söndürülüb. Hadisə nəticəsində 204 kvadratmetr ərazisi olan evin 64 kvadratmetrlik 2 otağı içərisindəki əşyaları ilə, habelə tavanla birlikdə tamamilə yanıb.
Hazırda yanğının başvermə səbəbi araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]