REGİONLAR
Ağsuda futbol üzrə Azərbaycan çempionatının region liqasının pley-off mərhələsinin ilk oyunu keçirilib
Ağsu, 26 mart, AZƏRTAC
Martın 26-da Ağsu şəhər stadionunda futbol üzrə Azərbaycan çempionatının region liqasının pley-off mərhələsinin yarışlarına start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilk oyun Ağsunun “Ağsu citi” və Yevlaxın “Karvan” futbol komandaları arasında keçirilib.
Yarışlar başlanmazdan əvvəl idmançılar və tamaşaçılar torpaqlarımızın bütövlüyü uğrunda canından keçən Vətən oğullarının xatirəsini bir dəqəqəlik sükutla yad ediblər.
Gərgin və maraqlı keçən görüşün birinci hissəsi heç-heçə nəticələnib. İkinci hissə birinciyə nisbətən daha gərgin keçib və meydanda üstünlüyü ələ alan “Ağsu citi” rəqib qapısından 2 top keçirib. Beləliklə, “Ağsu citi”-“Karvan” qarşılaşması birincinin qələbəsi ilə (2:0) başa çatıb.
Region liqasının pley-off mərhələsinin növbəti oyunu aprelin 2-də Yevlaxda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]