REGİONLAR


Ağsuda gənclər üçün "Effektiv özünü təqdimet bacarıqları və işgüzar ünsiyyət qaydaları" təlimi keçirilib

Ağsu, 12 avqust, AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağsu nümayəndəliyinin təşkilatçılığı ilə rayon gənclərinə "İnkişafa mərkəzdən başla!" layihəsi çərçivəsində "Effektiv özünü təqdimet bacarıqları və işgüzar ünsiyyət qaydaları" təlimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 15 nəfər fəal gəncin iştirak etdiyi təlimdə gənclərin işlə təmin olunduqdan sonra çalışdıqları müəssisədə uğurlu işçi olması üçün lazım olan davranış qaydaları, düzgün ünsiyyət qaydaları, tabelikdə çalışan işçilərlə, həmkarlarla, eləcə də rəhbər şəxslər, tərəfdaş qurumlar və müştərilərlə ünsiyyət qaydaları, özünü təqdimetmə nədir, onun formaları, bu zaman diqqət edilməli məqamlar, özünü təqdimetmə zamanı jest və mimikalar, özünəinam və inamlı çıxış və sair mövzular haqqında ətraflı məlumat verilib.

Təlim müxtəlif enercayzerlərlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.