REGİONLAR


Ağsuda gənclərə "Ünsiyyət bacarıqları" təlimi keçirilib

Ağsu 29 iyun , AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağsu nümayəndəliyinin təşkilatçılığı ilə gənclərə "İnkişafa mərkəzdən başla!" layihəsi çərçivəsində "Ünsiyyət bacarıqları" təlimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimdə 15 nəfər gənc iştirak edib. Təlim zamanı gənclərə özünü düzgün ifadə etmə və dinləmə bacarıqları, emosiyaların idarə olunması, fikrini sərbəst şəkildə ifadə etməsi, xarakterə əsasən ünsiyyət, ünsiyyətdə edilən səhvlər, ünsiyyətdə dinləmə və izahetmə bacarıqları, ünsiyyətdə empati qurmaq qabiliyyətinin gücü istiqamətində bilgilər aşılanıb.

Təlim prosesində milli–mənəvi dəyərlərin tələblərinin qorunması diqqət mərkəzində saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.