REGİONLAR


Ağsuda heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb

Ağsu, 7 avqust, AZƏRTAC

Ağsu heyvandarları cari ilin yeddi ayını uğurla başa vurublar. Belə ki, bütün göstəricilər üzrə heyvandarlıq məhsulları istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb.

Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda dinamik inkişaf davam edir. İlin ötən yeddi ayında təkcə ət istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 70 ton artaraq 2921 tona çatıb. Süd istehsalında isə artım 127 ton olub. Yeddi ayda rayonda 16 min 752 ton süd istehsal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə, habelə yumurta istehsalı 2 milyon 374 min ədəd artıb və 7 milyon 572 min ədədə, yun istehsalı isə 2 ton çoxalaraq 308 tona çatıb.

Qeyd edək ki, bölgədə iribuynuzlu mal-qaranın cins tərkibinin dəyişdirilərək daha məhsuldar heyvanlarla əvəz olunması istiqamətində tədbirlər, o cümlədən süni mayalandırma işləri gücləndirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.