REGİONLAR


Ağsuda heyvanlar arasında profilaktik peyvəndləmə tədbirlərinin icrasına start verilib

Bakı, 26 fevral, AZƏRTAC

Cari ilin ilk günlərindən başlayaraq bütün ölkədə olduğu kimi, aqrar rayon olan Ağsu rayonunda da kənd təsərrüfatı heyvanları arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) AZƏRTAC-a bildiriblər ki, cari ilin tədbirləri başlayandan indiyə kimi Ağsu rayonunun ayrı-ayrı şəxsi təsərrüfatlarında 3723 baş iribuynuzlu, 481 baş təkdırnaqlı heyvanda qarayara, 3358 baş həyət itində quduzluq, 142000 baş quşda nyukasl xəstəliklərinə qarşı profilaktik peyvəndləmə, 3500 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri görülüb.

Eləcə də həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə 1789 baş iribuynuzlu heyvandan qan nümunəsi alınaraq bruselyoza görə seroloji müayinə edilib. Bununla yanaşı, 200 baş iribuynuzlu heyvan vərəmə, 300 baş təkdırnaqlı heyvan manqoya görə diaqnostik müayinələrə cəlb olunub.

Fevral ayının 10-dan isə Ağsu rayonunda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 26 min baş iribuynuzlu heyvanda bu tədbir aparılıb.

Tədbirlər çərçivəsində həm də maariflənmə işi aparılaraq iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir.

Ağsu rayonunda bundan sonra isə ev quşlarında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlarda bruselyoz və epedidimit xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qoçlardan qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə və atlarda manqo xəstəliklərinə görə müayinələrin aparılması nəzərdə tutulub.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.