REGİONLAR


Ağsuda ilk dəfə qarabaşaq istehsal olunub

Ağsu, 6 noyabr, AZƏRTAC

Ağsunun Ləngəbiz kəndi ərazisində rayonda ilk dəfə qarabaşaq yetişdirilib və 176 ton məhsul istehsal olunub.

AZƏRTAC-ın bölgə müxbiri rayon Statistika İdarəsinə istinadla xəbər verir ki, Ləngəbizdə 320 hektarda qarabaşaq əkilib. Hər hektardan məhsul istehsalı 5,5 sentner olub.

Qeyd edək ki, rayonda qarabaşaq “Qarabağ taxıl” MMC-nin Ağsu filialı tərəfindən əkilib. Gələn il əkin sahələrinin genişləndiriləcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.