REGİONLAR


Ağsuda kartof istehsalı artıb

Ağsu, 2 sentyabr, AZƏRTAC

Ağsu rayonunda torpaq mülkiyyətçiləri kartof yığımını başa çatdırıblar, sahələrdən 1458 ton məhsul istehsal olunub.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin məhsulu üçün 172 hektarda kartof yetişdirilib. Əkin sahələri ötən ildəkindən 6 hektar çox olub. Kartof istehsalı da əvvəlki ildəkinə nisbətən 80 ton artıb.

Qeyd edək ki, rayonda kartof əsasən şimal dağlıq ərazilərdə, o cümlədən Kalva, Nuran, dağətəyi ərazilər olan Qaraqoyunlu, Padar ərazi dairələrində əkilir. Sahibkarlar hər il olduğu kimi, bu il də istehsal etdikləri kartofu ilboyu böyük tələbat olan yerli bazarlara çıxarırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.