REGİONLAR


Ağsuda kənd məktəbi üçün modul tipli yeni bina istifadəyə verilib

Ağsu, 12 oktyabr, AZƏRTAC

Ağsu rayonunun daha bir yaşayış məntəqəsində - Göydəlləkli kəndində ümumi orta məktəb üçün 80 şagird yerlik modul tipli yeni tədris ocağı istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd sakinlərinin, müəllim və şagirdlərin iştirakı ilə oktyabrın 12-də yeni binanın açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təhsilin inkişafına göstərdikləri diqqət və qayğıdan danışıb. Vurğulanıb ki, son 15 ildə təkcə Ağsuda ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələr üçün 28 yeni bina istifadəyə verilib.

Açılış mərasimində, habelə rayon təhsil şöbəsinin müdiri Səftər Əlabbasov, məktəbin direktoru Heydər Abdullayev, kənd sakini Təşkilat Ağaverdiyev və başqaları çıxış edərək məktəb binasının inşasına görə minnətdarlıqlarını bildiriblər.

Sonra şagirdlərin ifasında mahnı və şeirlər səsləndirilib.

Qonaqlar ümumi orta məktəb üçün istifadəyə verilən modul tipli yeni binada yaradılan şəraitlə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.