REGİONLAR


Ağsuda kənd təsərrüfatı məhsullarının istehsalında 9,8 faiz artım qeydə alınıb

Ağsu, 21 yanvar, AZƏRTAC

Ağsu rayonunda 2021-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı inişilki illə müqayisədə 9,8 milyon manat və ya 9,8 faiz artıb.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilib ki, keçən il aqrar sektorda 742,3 milyon manatlıq ümumi məhsul buraxılışı olub. İstehsal edilən məhsulun 60,5 milyon manatı bitkiçilik, 48,2 milyon manatı isə heyvandarlıq sahəsinə aiddir. Artım daha çox bitkiçilik sahəsindədir. Belə ki, bu sahədə 7,2 milyon manat, heyvandarlıqda isə 2,6 milyon manat artım olub.

Qeyd edək ki, ötən il dövriyyəyə yeni əkin sahələrinin qatılması, yüksək məhsuldar toxumlardan istifadə olunması, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülən işlər, o cümlədən süni mayalandırma yolu ilə heyvanların cins tərkibinin dəyişdirilməsi aqrar sektorda məhsul istehsalında daha yaxşı nəticələrə nail olmaqda mühüm rol oynayır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.