CƏMİYYƏT


Ağsuda maarifləndirmə tədbiri keçirilib

Bakı, 25 may, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsi tərəfindən Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının inzibati binasında “Miqrasiya sahəsində dövlət siyasətini həyata keçirən hüquq - mühafizə orqanı və onun fəaliyyət istiqamətləri” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayonun kənd inzibati ərazi dairələri üzrə təmsilçiləri, bələdiyyə üzvləri və ictimaiyyət nümayəndələri, işəgötürənlər, sahibkarlar, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.

Tədbirdə miqrasiya sahəsində dövlət siyasətini həyata keçirən hüquq-mühafizə orqanı Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri ilə bağlı məlumatlar verilib, həmçinin ölkə ərazisində yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin miqrasiya sahəsində sənədləşdirilməsi qaydaları ətraflı izah olunub.

Vətəndaş məmnunluğunun təmin edilməsi, aidiyyəti şəxslərin bu sahədə hüquqi biliklərinin artırılması məqsədilə maarifləndirmə tədbirlərinin bundan sonra da davam etdiriləcəyi diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.