REGİONLAR


Ağsuda miqrasiya sahəsində maarifləndirmə tədbiri keçirilib

Ağsu, 15 mart, AZƏRTAC 

Ağsu Regional Miqrasiya İdarəsi rayonda “Dövlət Miqrasiya Xidmətinin yaradılması tarixi, inkişaf mərhələsi və fəaliyyət istiqaməti” mövzusunda hüquqi maarifləndirilmə tədbiri keçirib. YAP rayon təşkilatının inzibati binasında təşkil olunan tədbirdə rayonun aidiyyəti dövlət qurumlarının, məhkəmə, hüquq-mühafizə orqanlarının, ictimai təşkilatların nümayəndələri, tibb işçiləri, işəgötürənlər, sahibkarlar, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyəti hüquq şöbəsinin müdiri Tofiq Kərimov tədbiri açaraq Dövlət Miqrasiya Xidmətinin keçirdiyi maarifləndirmə tədbirinin əhəmiyyətindən danışıb.

Regional miqrasiya idarəsinin məsul işçisi Dövlət Miqrasiya Xidmətinin yaradılması tarixi, inkişaf mərhələsi və fəaliyyət istiqamətləri barədə tədbir iştirakşılarına ətraflı məlumat verib. İştirakçılara vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə göstərilən elektron xidmətlərin sayının artırılması, Dövlət Miqrasiya Xidməti və “ASAN Radio”nun yeni birgə layihəsi, Dövlət Miqrasiya Xidmətinə gənclərlərdən ibarət könüllülərin cəlb olunması, Xidmətin fəaliyyət imkanlarının genişləndirilməsi, “Samur”, “Astara”, “Şıxlı” dövlət sərhədi buraxılış məntəqələrində 24 saat xidmət göstərən miqrasiya bölmələrinin fəaliyyəti, miqrasiya qanunvericiliyi ilə bağlı geniş bilgilər verilib. Habelə ölkənin ali təhsil ocaqlarında, eləcə də Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya idarələrinin əhatə etdiyi rayon və şəhərlərdə maarifləndirmə-məlumatlandırma tədbirləri, səyyar xidmətlər, o cümlədən vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində regional konfransların keçirilməsi barədə video slayd vasitəsilə geniş məlumat çatdırılıb. Eləcə də MİGAZ-ın - Dövlət Miqrasiya Xidmətinin yeni mobil tətbiqinin MilliNet-2018 müsabiqəsində "Elektron hökumət və maliyyə-bank mobil tətbiqi" nominasiyasında 3-cü yerə layiq görülməsi tərbirdə xüsusi vurğulanıb.

Sonda suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.