REGİONLAR


Ağsuda modul tipli üç məktəb binası quraşdırılır

Ağsu, 22 yanvar, AZƏRTAC

Təhsil Nazirliyinin sifarişi ilə Ağsu rayonunda üç kənd məktəbi üçün modul tipli bina quraşdırılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni binalar Ə.Eldarov adına Abasxanlı kənd tam orta və Sarvan kənd ümumi orta məktəblərinin hər biri üçün 96, Sanqalan kənd ümumi orta məktəbi üçün isə 40 şagird yerlik olacaq.

Hər üç tədris ocağının gələn dərs ilinədək istifadəyə verilməsi nəzərdə tutulub. Binalar müasir inventar və avadanlıqla, habelə internet şəbəkəsi və kompüterlə təmin ediləcək, idman meydançaları salınacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.