CƏMİYYƏT


Ağsuda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Ağsuda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Bakı, 28 mart, AZƏRTAC

Ağsu Rayon Polisi Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən nəzarət-profilaktik tədbirlər zamanı hərəkətdə olan “VAZ” markalı avtomobilin dövlət nömrə nişanı standartlara uyğun olmadığı üçün sürücüsünə “saxla” işarəsi verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Həbib Həmidovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən H.Həmidovun narkotik vasitədən istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və o, 400 manat məbləğində cərimələnib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.