REGİONLAR


Ağsuda ötən ildəkindən iki dəfə çox barama istehsal olunub

Ağsuda ötən ildəkindən iki dəfə çox barama istehsal olunub

Ağsu, 20 iyun, AZƏRTAC 

Ağsu rayonunda barama tədarükü davam edir və kümçülər hələlik 10 min 836,3 kiloqram məhsul təhvil veriblər. İstehsal olunan barama ötən ildəki göstəricidən 5 min 344,3 kiloqram çoxdur.

Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-ın müxbirinə bildirilib ki, cari ildə bölgədə 91 nəfər kümçü tərəfindən 260 qutu (4940 qram) inkubasiya olunan ipəkqurdu toxumu bəslənilib. Rayonun əksər yaşayış məntəqəsində, xüsusilə Qaraqoyunlu, Ərəbmehdibəy, Bozavand, Ərəbuşağı və bir sıra digər kəndlərdə kümçülər yüksək nəticələr əldə ediblər. İstehsal olunan məhsul rayon kənd təsərrüfatı idarəsinin həyətində “Şəki-İpək” ASC-nin nümayəndələri tərəfindən qəbul olunub.

Qeyd edək ki, baramaçılıq vaxtilə Ağsuda ənənəvi təsərrüfat sahələrindən olub və son illər bu sahəyə maraq getdikcə artır. Aqrar sektorda aparılan islahatlar, ixracyönümlü məhsulların istehsalına göstərilən dövlət dəstəyi bu bölgədə də az vaxtda yaxşı gəlir gətirən baramaçılığa marağı artırıb.

Hazırda barama tədarükü davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.