REGİONLAR
Ağsuda pambığın tez və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilib
Ağsu, 21 sentyabr, AZƏRTAC
Ağsu rayonunda pambıq yığımı sürətlə davam edir və hazırda əl ilə məhsul toplanışına 350-dən çox işçi qüvvəsi cəlb olunub.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 600 hektar sahədə pambıq yetişdirilib. Məhsul yığımına mütəşəkkil hazırlıqla başlanıldığından qısa vaxtda əl ilə 180,2 ton “ağ qızıl yığılıb. Toplanan məhsul “P-Aqro” MMC-nin Ağsu qəbul məntəqəsinə təhvil verilir. Rayonun pambıq əkilən əksər cənub ərazilərində, o cümlədən Ləngəbiz, Çaparlı, Ərəbmehdibəy və bir sıra digər ərazi bölgələrində ağır zəhmət bahasına yetişdirilən pambığın tez və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilib.
Qeyd edək ki, 400 hektarda məhsulun pambıqyığan maşınlarla toplanması nəzərdə tutulub. Bu məqsədlə 3 ədəd kombayn hazır vəziyyətə gətirilib.